ABŞ-nin diplomatik missiyaları Yaxın Şərq ölkələrində olan Birləşmiş Ştatlar vətəndaşlarını son dərəcə ehtiyatlı olmağa çağıran bəyanatlar yayıblar.
Referans Media xəbər verir ki, səfirliklər Yəmən və Səudiyyə Ərəbistanı arasında münaqişənin mümkün gərginləşməsini yüksək risk faktoru kimi göstərirlər.
"Hazırda Yaxın Şərqdə olan ABŞ vətəndaşları yüksək dərəcədə ayıq-sayıq olmalı, reyslərin ləğv edilməsi, hava məkanının bağlanması və səfərlərdə yarana biləcək fasilələr ehtimalını nəzərə almalıdırlar", - deyə ABŞ-nin Livandakı səfirliyi xəbərdarlıq edir.
ABŞ-nin regionun digər ölkələrində - Bəhreyn, BƏƏ, İordaniya, Küveyt, İraq, Qətər, Oman, Səudiyyə Ərəbistanı və Fələstindəki diplomatik nümayəndəlikləri də analoji müraciətlər yayıblar./Ölkə.az/
