Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə köçürülmüş sakinlərdən 3 867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib.
Bu barədə Referans Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlardan 3 723-nün məşğulluğu təmin olunub, o cümlədən, 560 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Sakinlərdən 144 şəxs isə peşə hazırlığına cəlb edilib.
Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə daha 660-dək şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.
