20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub.
Referans Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Saziş ölkəmizin enerji potensialından səmərəli istifadəyə, xarici tərəfdaşlarla əməkdaşlığın və investisiya imkanlarının genişlənməsinə mühüm təkan verdi", - o bildirib.
M. Cabbarov Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb:
"Bu tarixi qərarın müəllifi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun şəkildə davam etdirilir".
