Fransada dövlət borcu ilə bağlı şok proqnoz

Fransanın dövlət borcu artmaqda davam edəcək və 2027-ci ildə ümumi daxili məhsulun (ÜDM) 121.7%-nə çatacaq.

Referans Media xəbər verir ki, bu barədə BFMTV Fransa İqtisadiyyat və Maliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Nazirliyin proqnozuna görə, 2026-cı ildə dövlət borcunun səviyyəsi ÜDM-in 119.3%-ni təşkil edəcək. Bir il sonra isə bu göstəricinin 121.7%-ə yüksələcəyi gözlənilir.

2026-cı ilin I rübünün yekunlarına görə, Fransanın dövlət borcu ilk dəfə 3.5 trilyon avronu ötüb. Borcun həcmi ÜDM-in 117.5%-nə çatıb. Bu, Avropa İttifaqında Yunanıstan və İtaliyadan sonra üçüncü ən yüksək göstəricidir.

Fransa Maliyyə Nazirliyində borcun artmasını dövlət büdcəsinin yüksək kəsirinin mexaniki nəticəsi adlandırıblar.(Oxu.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki