ABŞ Hörmüz boğazındakı gəmilərlə bağlı məlumat yayıb

Avqustun 8-nə olan məlumata görə, Hörmüz boğazındakı blokada çərçivəsində 53 ticarət gəmisinin marşrutu dəyişdirilib, 2 gəmi saxlanılıb, daha 2 gəminin isə fəaliyyəti dayandırılıb.

Referans MEDİA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM həmçinin ABŞ ordusunun humanitar məqsədlərlə 30-dan çox gəminin blokada zonasından keçməsinə icazə verdiyini açıqlayıb./APA/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki