Türkiyənin Bursa vilayətində meşəlik ərazidə yanğın baş verib.
Referans Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, yanğının söndürülməsi üçün əraziyə 1 helikopter, 4 yanğınsöndürən maşın, 1 su tankeri, 2 xidməti avtomobil və 31 yanğınsöndürmə əməkdaşı cəlb olunub.
Görülən tədbirlər nəticəsində yanğın nəzarətə götürülüb. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
