ABŞ İranla bağlı yeni sanksiyalar tətbiq etdi

ABŞ İranla bağlı Türkiyə şirkətlərinə sanksiya tətbiq edib.

Referans Media “Al- Arabiya” kanalına istinadla xəbər verir ki, Türkiyədə yerləşən 3 şirkət sanksiyalara məruz qalıb.

Sanksiya tətbiq edilənlərin tam siyahısının təfərrüatları hələlik dəqiqləşdirilməyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin maliyyə naziri İrana iqtisadi dəstək göstərən istənilən qurumun “qara siyahı”ya əlavə olunacağını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki