Media nümayəndələri toyda belə rəqs etdilər – VİDEO

Dünən Azərbaycan mediasının nümayəndələri Korrekt.az saytının rəhbəri Qoşqar Salmanlının oğlunun toy mərasimində bir araya gəlib.

Referans Media xəbər verir ki, aparıcı saytların rəhbərləri, jurnalistlər və həmkarları bu özəl gündə Qoşqar Salmanlını oğlunu təbrik etmək üçün mərasimə qatılıblar.

Gün ərzində xəbər dalınca qaçan, hadisələri işıqlandıran və cəmiyyətə informasiya çatdıran media nümayəndələri bu dəfə işdən kənar, səmimi və xoş ab-havada bir araya gəliblər.

Mərasimdə həmkarlar musiqi sədaları altında rəqs edərək gecənin sevincinə qoşulublar.

Həmin maraqlı görüntüləri təqdim edirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki