TƏCİLİ! Dünya ÇALXALANIR - Bu ölkə HƏRƏKƏTƏ KEÇDİ

Şimali Koreya Koreya yarımadası və ətrafında gərginliyi artıracaq növbəti addımı atıb.

Referans Media-nın məlumatına görə, Cənubi Koreya Baş Qərargahının yaydığı açıqlamada bildirilib ki, Pxenyan yerli vaxtla saat 15:00 radələrində ölkənin Vonsan bölgəsindən Şərq dənizi (Yapon dənizi) istiqamətinə ballistik raket buraxıb.

Cənubi Koreya ordusundan bildirilib:

“Ordumuz mümkün yeni raket sınaqlarına qarşı yüksək hazırlıq vəziyyətindədir”.

Şimali Koreyanın raket sınağını Yaponiya hökuməti də təsdiqləyib.

Şimali Koreya bundan əvvəl sentyabrın 12-də ölkənin Vonsan bölgəsindən Yapon dənizi istiqamətinə çoxsaylı qısa mənzilli ballistik raketlər buraxmışdı. Həmin sınaq ABŞ, Cənubi Koreya və Yaponiyanın bölgədə keçirdiyi birgə “Freedom Edge” hərbi təliminə cavab olaraq Pxenyanın güc nümayişi kimi şərh edilmişdi./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki