Ukraynada polad istehsalının 90 faizi dayandı

Ballistik raket zərbələri Ukraynanın üç iri metallurgiya müəssisəsini sıradan çıxarıb.

Referans Media  xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Bildirilib ki, hücuma məruz qalan müəssisələr ölkədə polad istehsalının təxminən 90 faizini təmin edirdi.

Zavodların fəaliyyətinin dayanması nəticəsində Ukraynada polad istehsalı faktiki olaraq iflic vəziyyətinə düşüb. Müəssisələrin nə vaxt fəaliyyətini bərpa edə biləcəyi barədə məlumat verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki