Rusiya Zaporojyeyə zərbə endirib-ÖLƏN VAR

Rusiya ordusunun Zaporojye vilayətinə PUA zərbəsi nəticəsində 79 yaşlı qadın həlak olub.  

Referans Media  xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Mixaylo Semikin məlumat verib.

Onun sözlərinə görə, Rusiya qüvvələri Kuşuhum və Malokatirinivka arasında yola dronla zərbə endirib:

“Rusiya dronu 79 yaşlı qadının həyatına son qoyub. Hücum Kuşuhumla Malokatirinivka arasındakı yolda baş verib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki