ABŞ və İran arasında danışıqlar hazırda birbaşa görüşlər olmadan, uzaqdan formatda davam etdirilir.
Referans Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında hələlik üz-üzə görüş keçirmək planlaşdırılmır.
Qeyd olunur ki, yalnız mövqelər kifayət qədər yaxınlaşdıqdan və mümkün memorandumun imzalanmasına zəmin yarandıqdan sonra belə bir görüş gündəmə gələ bilər.























