ABŞ miqrantları bu ölkəyə satmağa başladı

ABŞ administrasiyası ölkədəki üçüncü ölkə miqrantlarını qəbul etməyə başlayan Liberiyaya 5 milyon dollarlıq ödənişi təsdiqləyib.

Bbu barədə The New York Times (NYT) Dövlət Departamentinin daxili sənədlərinə istinadən məlumat yayıb.

2025-ci ilin oktyabr ayında Liberiya ABŞ-a miqrantları qəbul etməyi nəzərdən keçirəcəyinə söz vermişdi və dekabr ayında ABŞ Dövlət Departamenti bunun üçün 5 milyon dollarlıq ödənişi təsdiqləyib. Dövlət Departamentinin sənədlərinə görə, bu vəsaitlər, digər məsələlərlə yanaşı, miqrantları mənzil və qida ilə təmin etmək, eləcə də onların peşə təhsili üçün istifadə edilə bilər.

Liberiyanın Spoon TV telekanalı Liberiyanın İnformasiya, mədəniyyət və turizm naziri Jerolinmek Piaya istinadən Liberiyanın ABŞ-dan 1200 üçüncü ölkə vətəndaşını qəbul edəcəyini bildirmişdi. Deportasiya edilənlərin ilk qrupu avqustun 20-də ABŞ-dan Liberiyaya gəlib./Musavat.com 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki