“Qalatasaray”ın yeni ulduzu məşhur türkün qonağı oldu - FOTO

“Qalatasaray”ın yeni oyunçusu Aleksey Batrakov məşhur türk aşpazı və sosial media ulduzu Burak Özdəmirin restoranına baş çəkib.

Özdəmir özünəməxsus təbəssümü və nəhəng ölçülərdə ənənəvi yeməklər bişirməsi ilə tanınır.

Referans Media xəbər verir ki, məşhur aşpaz Batrakov üçün üzərində rusiyalı futbolçunun adı yazılmış böyük bir pide hazırlayıb.

Özdemir Batrakovla şəklini paylaşaraq “Xoş gəlmisiniz, qardaşım" yazıb./publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki