Messi şilləyə görə cəzalandırıldı

MLS İntizam Komitəsi “İnter Mayami”nin kapitanı Lionel Messi ilə bağlı qərar qəbul edib.

Referans Media xəbər verir ki, argentinalı futbolçu “Filadelfiya Yunion” komandasının yarımmüdafiəçisi Kuinn Sallivanla mübahisə etmişdi.

Qarşılaşma zamanı 39 yaşlı Leo Sallivana yüngülcə şillə vurub. Bundan sonra hakim onları ayırıb.

Messi rəqibin üzünə, başına və ya boynuna yumruq vurmaqla bağlı liqa qaydalarını pozmaqda ittiham olunub.

MLS Messini açıqlanmayan məbləğdə cərimələyib./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki