İtkin düşən 8 nəfər tapıldı

Azərbaycanda itkin düşən 8 nəfər tapılıb.

Bu barədə Referans Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki