ABŞ narahatdır: Rubio Ukrayna ilə bağlı elə bir etiraf etdi ki…backend

ABŞ narahatdır: Rubio Ukrayna ilə bağlı elə bir etiraf etdi ki…

  “Ukrayna NATO-nun müdafiə potensialını tükəndirib”.

Referans xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio deyib.

O bildirib ki, Ukraynaya dəstək fonunda Avropanın silah arsenalları da tükənib.

Rubio qeyd edib ki, Ukraynaya dəstək səbəbindən alyansın hava hücumundan müdafiə sistemləri, həmçinin artilleriya, komanda və idarəetmə vasitələri azalıb. İndi bu arsenalların yerinin doldurması vacibdir.

ABŞ dövlət katibinin sözlərinə görə, NATO ölkələrinin hərbi xərclərinin ÜDM-in 5%-nə çatdırılması ilə bağlı razılaşdırılan qərar fonunda ABŞ, Avropanın müdafiə ehtiyaclarını tam ödəyə biləcək yeganə ölkəyə çevriləcək./Globalinfo.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki