ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin ABŞ və İran arasında bağlanmış sülh sazişinin şərtlərini tənqid etməsinə sərt reaksiya verib.
Referans Media xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
"Donald Tramp hazırda bütün dünyada İsrail dövlətinə rəğbət bəsləyən yeganə dövlət başçısıdır. Əgər mən İsrail hökumətinin üzvü olsaydım, dünyada qalan yeganə güclü müttəfiqimə qarşı hücum etməzdim", – deyə Vens bildirib.
ABŞ-ninn vitse-prezidenti sazişi tənqid edən israilli siyasətçilərə xatırladıb ki, onun sözlərinə görə, ölkəni müdafiə edən silahların üçdə ikisi ABŞ-də istehsal olunub və amerikalı vergi ödəyicilərinin vəsaiti hesabına alınıb.
Bundan əvvəl "The Wall Street Journal" qəzeti isə yazmışdı ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışıqlarından yorulub. Nəşrin məlumatına görə, bu danışıqalar adətən yeni hərbi zərbələrə çağırışlarla müşayiət olunurdu.
