Rus səfirdən xəbərdarlıq - Ermənistan onların taleyini yaşaya bilər

“Ermənistan Rusiya bazarından uzaqlaşarsa, Moldova ilə eyni səhvi təkrarlamış olacaq”.

Referans Media  xəbər verir ki, bunu Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov “RİA Novosti”yə deyib.

“Son illərdə Moldova hakimiyyətinin səyləri nəticəsində müxtəlif məhsul qrupları üzrə Rusiya bazarının payı 20-30 faizdən 2 faizə qədər azalıb. Rusiya bundan heç nə itirməyib.

Sadəcə həmin məhsulları Türkiyədən, Azərbaycandan, Gürcüstandan, Ermənistandan və digər ölkələrdən almağa başlayıb. İndi görünür ki, Ermənistan da eyni səhvi təkrarlamaq istəyir.

Biz onlara, necə deyərlər, uğurdan daha çox, öz milli maraqlarını və imkanlarını düzgün qiymətləndirmələrini arzulayırıq”, – Ozerov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki