Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralandı

Moskvadakı “Sadovod” ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb.

Referans Media APA-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarında “Sadovod” bazarına düşən dron parçaları Azərbaycan vətəndaşları, Şəki rayonu sakinləri İslam Süleymanov və Elnur Nəbiyevin xəsarət almasına səbəb olub.

Yaralılar Moskva şəhərindəki 36 saylı xəstəxanaya yerləşdiriliblər.

Hazırda yaralılardan birinin evə buraxıldığı bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Moskvaya kütləvi dron hücumu həyata keçirib. Nəticədə Moskvanın cənub şərqində yerləşən Neft Emalı Zavodu və onun yaxınlığında yerləşən “Sadovod” ticarət mərkəzində yanğın baş verib. Dronlardan biri zavoda çırpılıb, “Sadovod” ticarət mərkəzinə isə havada vurulmuş dron parçaları düşüb. Nəticədə ticarət mərkəzinə böyük ziyan dəyib. Mərkəzdə çalışan Azərbaycanlı iş adamlarının milyonlarla rubl dəyərində malı yanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki