Ermənistanda prezident postu uğrunda mübarizə başladı: Kimlər iddialıdır?

Ermənistanda prezidenti vəzifəsi uğrunda hakim komanda daxilində yenidən gizli mübarizə gedir.

Referans Media  xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Bildirilir ki, hazırkı prezident Vaaqn Xaçaturyanın ciddi səhhət problemləri olduğu, onun səlahiyyət müddətinin sonuna qədər vəzifədə qala bilməyəcəyi barədə məlumatlar var.

“Bu da arzulanan, lakin hələ də boşaldılmamış vəzifəni tutmaq ambisiyalarının yaranmasına səbəb olur.

Bu, heç nə etmədən yaxşı maaş almağı və il boyu səyahət etməyi sevənlər üçün əla mövqedir”, - nəşr yazır.

Xaçaturyan 2022-ci ildə yeddi illik müddətə prezident seçilib.

Şayiələrə görə, Baş nazirin Aparat rəhbəri Araik Harutyunyan, Milli Məclisin sədri Alen Simonyan, eləcə də xarici işlər naziri Ararat Mirzoyan onun yerinə iddialıdırlar./Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki