ABŞ və İran Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün rabitə xətti qurmaq barədə razılığa gəliblər.
Referans Media xəbər verir ki, bu barədə vasitəçilər Qətər və Pakistanın birgə bəyanatında deyilir.
Rabitə xətti ABŞ və İran arasında bağlanmış müqavilədə nəzərdə tutulan 60 günlük müddət ərzində ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etmək məqsədilə yaradılır.
İran Fars körfəzindən Oman boğazına və əksinə ticarət gəmilərinin rüsumsuz təhlükəsiz keçidini təmin etmək üçün bütün səylərini göstərəcək.
