Salyanda avtomobillər toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Referans Media xəbər Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı iki avtomobil toqquşub. Qəza nəticəsində Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Həsənov Səbuhi Məmməd oğlu, Salyan rayon sakinləri - 1991-ci il təvəllüdlü Eminova Könül Valeh qızı, 1964-cü il təvəllüdlü Məmmədova Sevil Əliağa qızı, 1965-ci il təvəllüdlü Abdulova Gülxar Babaş qızı və 1988-ci il təvəllüdlü Mehdiyeva Elnarə Abyar qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
