Abubakar “Neftçi”dən gedir - Süper Liqa ulduzu yenidən Türkiyəyə qayıdır

Vinsent Abubakar üçün yeni transfer iddiası gündəmə gəlib. Türkiyənin aşağı liqasında çempion olaraq 1-ci Liqaya yüksələn "Bursaspor"un təcrübəli hücumçunu heyətinə qatmaq istədiyi bildirilir.

Referans Media xəbər verir ki, Afrika mətbuatında yer alan məlumatlara görə, "Bursaspor" yeni mövsümdə iddialı heyət qurmaq üçün Abubakar transferini gündəmə alıb.

Məlumata əsasən, hazırda "Neftçi" klubunda çıxış edən 34 yaşlı forvardın müqaviləsi mövsümün sonunda başa çatır. Klubun futbolçunun müqavilə uzatma seçimini aktivləşdirməməsi də iddiaları gücləndirir.

Abubakar bu mövsüm "Neftçi" forması ilə 18 oyuna çıxaraq 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Kamerunlu hücumçu daha əvvəl Türkiyədə "Beşiktaş" forması ilə üç ayrı dönəmdə çıxış edib və komandanın hücum xəttində mühüm rol oynayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki