Ağcabədidə təhlükəli vəziyyə - FHN hərəkətə keçdi

Ağcabədidə təhlükəli vəziyyətdə işləyən maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

Bu barədə Referans Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Aşağı Avşar kəndində fərdi sahibkara məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar.

Yoxlama zamanı məntəqədə quraşdırılmış 2 maye qaz çəninin qoruyucu klapanlarının dövri yoxlamadan keçirilmədiyi, həmçinin çənlərə texniki baxışın aparılmadığı müəyyən edilib.

Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və aşkar edilmiş pozuntuların insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Pozuntuların aradan qaldırılması ilə bağlı tərtib edilmiş aktın bir nüsxəsi sahibkara təqdim olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki