Emin Ağalarovun paylaşımı təəccübləndirdi - “Aynadakı sərçə, küçədəki Məstan...”

Xalq artisti Emin Ağalarovun sosial şəbəkə hesabında yayımladığı yeni video izləyicilərin diqqətini çəkib.

Referans Media xəbər verir ki, ifaçının “TikTok” hesabında paylaşdığı görüntülərdə səslənən musiqi və mahnının sözləri sosial şəbəkə istifadəçiləri arasında maraq doğurub.

Videoda səslənən mahnının bəzi ifadələri izləyicilərin diqqətindən yayınmayıb. Xüsusilə “Aynadakı sərçə, küçədəki Məstan, TikTok-dakı millət...” sözləri izləyicilərin marağına səbəb olub.

Paylaşımın şərh bölməsində də sözügedən ifadələrlə bağlı müxtəlif yumoristik rəylər yazılıb.

Qeyd edək ki, ifaçı həmin səslər 1 il öncə də video paylaşmışdı./yenisabah/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki