Bakıda 6 dost gecə 4-də dəhşət yaşadı - Biri ölüb, digəri ağır yaralanıb - Foto

Bu ilin fevral ayında paytaxtın Yasamal rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Referans Media News24.az-a istinadən  xəbər verir ki, Yasamal Rayon Məhkəməsində 22 yaşlı Əli Məmmədova hökm oxunub.

Məlum olub ki, hadisə gecə saat 04:20-də Kənar Dairəvi yolun Yasamal rayonundan keçən hissəsində - üzü Lökbatan qəsəbəsi istiqamətində baş verib.

Həmin gecə Əli, Murad, Cəfər və digər 3 dostları “Khazar” markalı maşınla hərəkətdə olublar. Avtomobil Cəfərə məxsus olsa da, o və digər dostları içkili olduqlarından sükan arxasına ayıq vəziyyətdə olan Əli keçib. Lakin o, maşını idarə edərkən sükana hakimiyyəti itirib və maşın yol kənarındakı yük avtomobilinə çırpılıb. Nəticədə, 21 yaşlı Murad Məhərrəmov həlak olub, dostlardan daha biri ağır xəsarət alıb.

M.Məhərrəmov bərbər kimi fəaliyyət göstərirmiş. O, ailədə 4 qardaşın ən kiçiyi olub.

Məhkəmədə mərhumun ailəsi, eləcə də digər zərərçəkən şəxs Əlidən şikayətçi olmayıb.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Əliyə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onun 2 il müddətə sürücülük hüququ da məhdudlaşdırılıb və cəzasını məntəqə tipli müəssisədə çəkməsi bildirilib.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki