Ağdamda minalanmış ərazidə yanğın başladı

Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu və Yusifcanlı kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.

Referans Media Trend-ə istinadən xəbər verir ki, yanğın minalanmış ərazidə qeydə alınıb. Hadisə nəticəsində ərazidə alov və güclü tüstü müşahidə olunur.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən briqadanın cəlb olunduğu bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki