Bu şəxslərə aylıq 200 manat veriləcək

Tələbə qızlar üçün nəzərdə tutulan "Parla" təqaüd və inkişaf proqramına müraciətlər başlayıb.

Bu barədə Referans Media-ya Təhsilin İnkişafı Fondu və "NEQSOL Holding" tərəfindən məlumat verilib.

Proqram çərçivəsində seçiləcək 50 tələbə qıza aylıq 200 manat təqaüd veriləcək. İştirakçılar mentorluq, təlim və təcrübə imkanlarından, həmçinin "NEQSOL Academy" və "LinkedIn Learning" platformalarından yararlanacaqlar.

Proqrama minimum 450 bal toplamış, ÜOMG-si 80 faizdən yuxarı olan və müəyyən edilmiş sosial meyarlara cavab verən bakalavr tələbə qızlar müraciət edə bilərlər.

Seçim onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarətdir. Yekun seçim zamanı müsahibə nəticəsi əsas götürüləcək.

Son müraciət tarixi: 4 oktyabr 2026-cı il.

Müraciət üçün: https://anket.edu.az/user/371

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun digər təqaüd proqramlarından yararlanmış şəxslər "Parla" proqramına müraciət edə bilməzlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki