Maaşla bağlı sevindirən xəbər – bu şəxslərin qazancı artdı

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1176,7 manat təşkil edib.

Referans Media  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artıb.

Qeyd olunan dövrdə əməkhaqqı neft-qaz sektorunda 4451,1 manat, qeyri neft-qaz sektorunda isə 1117,9 manat olub.

Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 1172,1 manat, özəl müəssisələrdə çalışanların əməkhaqqı isə 1181,1 manat təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki