Ağstafada iki yeniyetmə qızı avtomobil vurdu

Ağstafada iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, hadisə rayon ərazisində yerləşən orta məktəblərdən birinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili 2010-cu il təvəllüdlü S. Əhmədovanı və 2010-cu il təvəllüdlü N. Qasımovanı vurub.

Hər iki yeniyetmə qız dərhal xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə rayon ərazisində yerləşən orta məktəblərdən birinin yaxınlığında ehtiyatsızlıq nəticəsində baş verib.

Əraziyə polis əməkdaşları cəlb edilib. (Apa.az)

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki