"Real Madrid" gələcəyin ulduzunu transfer edir

"Real Madrid" "Mançester Yunayted"in gənc istedadı Cey Cey Qabrielin transferi üçün razılıq əldə edəcəyinə əmindir.

Referans Media xəbər verir ki, "Diario Sport"un məlumatına görə, İspaniya nəhəngi gələcəyin ulduzu olacağı hesab olunan gənc futbolçu uğrunda mübarizədə əsas favoritə çevrilib.

PSJ-nin təklifini rədd edən Qabriel üçün "Barselona" və "Bayern Münhen" də yarışdan kənarda qalıb.

Buna görə də gənc futbolçunun karyerasını "Real Madrid"də davam etdirəcəyi gözlənilir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki