Xaricə köçən ukraynalıların yalnız üçdə biri ölkəyə qayıdacaq - Ella Libanova

Ukraynada müharibə başa çatdıqdan sonra xaricə gedən vətəndaşların yalnız üçdə birinin geri dönəcəyi proqnozlaşdırılır.

Referans Media xəbər verir ki, bunu Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Həyat Keyfiyyəti Problemləri İnstitutunun direktoru Ella Libanova bildirib.
 

Onun sözlərinə görə, müharibə uzandıqca ukraynalıların geri qayıtmaq istəyi azalır. Xaricdə yaşayan ailələr yeni ölkələrə uyğunlaşır, böyüklər iş tapır, uşaqlar isə yerli təhsil müəssisələrində oxuyurlar.


Libanovanın bildirdiyinə görə, iyunun sonuna Avropa İttifaqında 4,4 milyon ukraynalının müvəqqəti müdafiə statusu olub,  600 min nəfər isə Aİ-dən kənar ölkələrdə yaşayıb. Həmin dövrdə Ukraynadan gedən 24–64 yaşlı qadınların 70 faizi xaricdə işləyib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki