Tramp Putini beynəlxalq təcriddən çıxartdı - Ukrayna və Avropanı təhlükə altına saldı

ABŞ Prezidenti Donald Trampın güzəştləri və diplomatik addımları Rusiya Prezidenti Vladimir Putinin Qərbdəki təcridini aradan qaldırmasına kömək edir. Bu isə Ukrayna və Avropanın mövqeyini zəiflədir.

Refetans Media xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.

Nəşrin məlumatına görə, Putin yüksək səviyyəli görüşlərə dəvətlər alır, ABŞ administrasiyası isə Rusiya Birbaşa İnvestisiyalar Fonduna qarşı sanksiyaların ləğvini nəzərdən keçirir.

Bununla yanaşı, Vaşinqtonla Kiyev arasında münasibətlər pisləşir, Ukraynanın hava hücumundan müdafiə imkanları zəifləyir.

Məqalədə bildirilir ki, Avropa ölkələri ABŞ-ı itirmək qorxusu fonunda Putinlə birbaşa dialoq məsələsində fikir ayrılığı yaşayır.

Ekspertlərin fikrincə, Putin Qərbin Ukraynaya dəstəyinin zəifləyəcəyinə ümid edərək vaxt udmağa çalışıb və indi Tramp administrasiyasının mövqeyi onun gözləntilərini doğruldur.

Nəşr həmçinin qeyd edir ki, ABŞ dövlət katibi Marko Rubio Putinin 2027-ci ilin yazına qədər Ukraynada sülh razılaşmasına hazır olacağına inanmır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki