Türkiyədə 87 qanunsuz miqrant saxlanıldı

Türkiyənin İzmir vilayətinin Urla və Karaburun rayonlarında 87 qanunsuz miqrant saxlanılıb.

Referans Media xəbər verir ki, Sahil Mühafizəsi və Jandarm qüvvələri qanunsuz miqrasiya istiqamətində əməliyyat keçiriblər.

Araşdırma zamanı qanunsuz miqrasiyanı təşkil etdikləri ehtimal edilən 3 şübhəli barəsində hüquqi prosedurlara başlanılıb.

Miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki