image-savasmamaliyiz-dedigi-karteller-cumhurbaskanini-19593903_5831_ampbackend

Ağzından çıxan sözlər ölkəni qarışdırdı – El Menço öldürüldü, gərginlik başladı

ABŞ-ın 10 milyon dollar mükafatla axtardığı Xalisco Yeni Nəsil Karteli (CJNG) lideri Nemesio Rubén Oseguera Servantes, tanınmış adı ilə “El Menço”, öldürülüb. Bu hadisə Meksikada təhlükəsizlik siyasətləri və kartellərlə mübarizə strategiyasına dair yeni müzakirələrə yol açıb.

Referans Media xəbər verir ki, Meksika Prezidenti Klaudiya Şeynbaum keçən aylarda verdiyi açıqlamalarda, narkotik kartellərinə qarşı “yenidən müharibəyə qayıtmağın” hüquqi çərçivədə olmadığını və şiddəti artırdığını vurğulamışdı.

Klaudiya Şeynbaum bildirib: “Daimi “qanunun aliliyi” deyən sağçı fraksiyalar narkotiklə savaşı müdafiə edir. Halbuki narkotiklə mübarizə qanunların xaricindədir. Bu, hər hansı bir məhkəmə olmadan öldürmə icazəsi verməkdir.”

O əlavə edib ki, keçmişdə tətbiq olunan sərt təhlükəsizlik siyasətləri cinayət sayı və şiddəti azaltmayıb, əksinə artırıb. Şeynbaum, təhlükəsizlik strategiyasının qanunun üstünlüyü prinsipi əsasında aparılmalı olduğunu qeyd edib.

“El Menço”nun öldürülməsindən sonra ölkədə qarşıdurmalar artıb, kartellər qisas əməliyyatlarına başlayıb. Bu hadisələr Şeynbaumun sözlərini yenidən gündəmə gətirib və siyasi müzakirələri alovlandırıb. Müxalifət daha sərt tədbirlər tələb etsə də, hökumət mövcud strategiyanın qanun çərçivəsində davam edəcəyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki