Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini təklif edəcəyini açıqlayıb.

Referans Media  xəbər verir ki, bu barədə Kallas "X" sosial şəbəkəsində paylaşım edib.

"Bu gün Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha çox quruma zərbələrə cavab olaraq sanksiyalar tətbiq etməyi təklif edəcəyəm", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya iyulun 2-nə keçən gecə Ukraynadakı hədəflərə genişmiqyaslı raket zərbələri endirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücum yüksək dəqiqlikli hava, quru və dəniz bazalı raketlərlə həyata keçirilib./publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki