İsrail bu ərazini ABŞ-a 1 dollara satdı

ABŞ Qüdsdə yeni səfirlik kompleksinin tikintisi üçün nəzərdə tutulan torpaq sahəsini simvolik qiymətə – cəmi 1 dollara əldə edib.

Referans Media  xəbər verir ki, bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi açıqlayıb.

Diplomat bildirib ki, sözügedən ərazi milyonlarla dollar dəyərində olsa da, razılaşma nəticəsində onu bir dollara almaq mümkün olub:

“İnanıram ki, prezident bu razılaşmadan məmnun qalacaq. Səfirliyin tikintisi üçün ayrılmış çox dəyərli torpaq sahəsini cəmi 1 dollara əldə etmişəm”.

Səfir əlavə edib ki, razılaşmanın rəmzi ödənişi olan bir dollarlıq əsginası şəxsən İsrailin xarici işlər naziri Gideon Saara təqdim edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki