Bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan və model Aneliya Qubryanın nikah mərasimi baş tutub.
Referans Media Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu, 46 yaşlı Simonyanın 3-cü evliliyidir.
Model və aktrisa olan həyat yoldaşı Aneliya Qubryan ondan 20 yaş kiçikdir, həmçinin Simonyanın yaxın dostunun qızıdır.
Qeyd edək ki, toy mərasiminə Ermənistanın Baş naziri Nikol Paşinyan və digər yüksəkrütbəli rəsmilər də dəvət olunublar.
