Almaniyada 45 yaşlı uşaq həkimi “uşaqlara qarşı cinsi cinayətlər” ittihamı ilə 130 epizod üzrə məhkəmə qarşısına çıxarılacaq.
Məlumata görə, Brandenburg əyalətinin Havelland bölgəsində çalışan həkim ağır uşaq istismarı və təcavüzdə ittiham olunur. İddialara əsasən, cinayətlərin böyük hissəsi həkimin xəstəxanada işlədiyi dövrdə törədilib.
Prokurorluq hadisələrin 2013-2025-ci illər arasında baş verdiyini açıqlayıb. Həkim 2025-ci ilin noyabrında bir uşağın anasının şikayətindən sonra saxlanılıb və hazırda həbsdədir.
İstintaq zamanı polis çoxsaylı rəqəmsal materiallar ələ keçirib və başqa uşaqlara qarşı da istismar şübhələrinin olduğu bildirilib.
