AzTV-də NÖVBƏTİ İSTEFA: Vəfa Seyidova da kanalla VİDALAŞDI

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) daha bir kadr ayrılığı baş verib. Kanalın tanınmış əməkdaşı Vəfa Seyidova AzTV-dəki fəaliyyətini yekunlaşdırdığını açıqlayıb.

Referans Media  xəbər verir ki, bu barədə Vəfa Seyidova öz sosial şəbəkə hesabında paylaşım edib.


O, vidalaşma mesajında bu sözləri qeyd edib: "Möhtəşəm məktəb idin AZTV. Karyeramın 'ən'lərini burada yaşadım. İşlədiyim müddət ərzində başda sədrimiz olmaqla rəhbərliyin göstərdiyi etimad və mənim bu etimad qarşılığında göstərdiyim səy bu 3 ildə əla nəticələr ortaya qoydu. Hər şeyə görə çox sağ ol doğma kanal. Mənim işığım isə başqa yolları aydınlatmağa davam edəcək".

Seyidova paylaşımına əlavə edərək bildirib ki, monitorlarda yayımlanan "Hədəf" verilişi əvvəldən lentə alınıb. Vəfa Seyidovanın bundan sonra fəaliyyətini harada davam etdirəcəyi haqqında hələlik məlumat verilmir.

Qeyd edək ki, onun həyat yoldaşı Rüfət Seyidov da AzTv-nin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib./NOCOMMENT.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki