“Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı

Misli Premyer Liqasında IX tura bu gün start veriləcək.

Referans Media xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq “Araz-Naxçıvan” Şamaxıda “Qəbələ”ni qəbul edəcək. Görüş saat 15:00-da start götürəcək. Qonaqlar 4 xalla 10-cu, Naxçıvan təmsilçisi 2 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə “Sumqayıt” “Zirə”nin qonağı olacaq. Bu oyun saat 19:00-da başlayacaq. Paytaxt klubu 12 xalla 6-cı,  “kimyaçılar” 8 xalla 8-ci yerdədir.

Misli Premyer Liqası

I dövrə, IX tur

23 oktyabr

15:00. “Araz-Naxçıvan” – “Qəbələ”

Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Tərlan Talıbzadə.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: İlham Əliyev.

Şamaxı şəhər stadionu

19:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Zirə İdman Kompleksinin stadionu

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki