Dünya kinosuna ağır itki: Məşhur aktyorlar VƏFAT ETDİ

Amerikalı aktyor Tom Skerritt 93 yaşında, rusiyalı teatr və kino aktyoru Andrey Terentyev isə 44 yaşında vəfat edib.

Referans Media  xəbər verir ki, “Yadplanetli” filmi və “Çəpərlər” teleserialındakı rolları ilə tanınan Tom Skerrittin vəfatı barədə ailəsi məlumat yayıb.

“Rolling Stone” jurnalının məlumatına görə, aktyor çərşənbə günü təbii səbəblərdən dünyasını dəyişib.

Tom Skerritt 1993-cü ildə “Çəpərlər” dram serialındakı roluna görə “Emmy” mükafatına layiq görülüb. O, həmin ekran işindəki ifasına görə iki dəfə “Qızıl Qlobus” mükafatına da namizəd olub.

Digər tərəfdən, “Biz Gələcəkdənik” filmində Borman obrazını canlandıran rusiyalı aktyor Andrey Terentyev 44 yaşında qəfil vəfat edib.

5-tv.ru saytının məlumatına görə, bu barədə “Triix Media” film şirkətinin baş prodüseri və həmtəsisçisi İnessa Yurçenko məlumat verib.

O, aktyorun şirkətin layihələrində uğurla çıxış etdiyini bildirib. Tamaşaçılar Terentyevi “İcra”, “İttiham olunan”, “Filin”, “İmperiyanın qanadları”, “Birinci hissə”, “Solntsepёk” və digər film və seriallardakı rollarından tanıyırlar.

“Onun artıq aramızda olmadığına inanmaq çətindir. Qoy xatirəsi əbədi yaşasın”, – deyə Yurçenko bildirib./ajans.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki