Türkiyə millisinin baş məşqçisi postuna gətiriləcəyi gözlənilən tanınmış mütəxəssis Sergen Yalçının qazanacağı məbləğ açıqlanıb.
Referans Media xəbər verir ki, tərəflər arasında imzalanacaq dördillik müqavilənin detalları məlum olub.
Məlumata əsasən, təcrübəli mütəxəssisin illik maaşı 2,5 milyon avro təşkil edəcək. Həmçinin sözləşmədə 1 milyon 50 min avro məbləğində təzminat maddəsinin də yer aldığı bildirilir.
Qeyd edək ki, hələlik tərəflər arasında maliyyə şərtləri ilə bağlı rəsmi açıqlama verilməyib.
