Astroloqlar bu yay şəxsi və peşəkar həyatında mühüm dəyişikliklər yaşaya biləcək dörd bürcün adını açıqlayıblar.
Referans Media xəbər verir ki, onların proqnozuna əsasən, Qoç bürcü, Əkizlər bürcü, Xərçəng bürcü və Əqrəb bürcü nümayəndələri üçün yay ayları yeni imkanlar və dönüş nöqtələri ilə yadda qala bilər.
Bildirilir ki, Qoç bürcü keçmişi geridə qoyaraq yeni hədəflərə yönələcək, Əkizlər isə münasibətlərini və həyat tərzini yenidən qiymətləndirəcək. Xərçəng bürcünü ailə və yaşayışla bağlı yeniliklər, eləcə də maliyyə baxımından müsbət dəyişikliklər gözləyə bilər.
Astroloqların fikrincə, Əqrəblər də köhnə vərdişlərdən imtina edərək həyatlarında yeni mərhələyə qədəm qoya, həm şəxsi münasibətlərdə, həm də digər sahələrdə uğurlu nəticələr əldə edə bilərlər.
Qeyd edək ki, astrologiya elmi baxımdan təsdiqlənmiş proqnoz üsulu hesab edilmir və bu cür ehtimallar astroloji yozumlara əsaslanır./yenisabah
