“Bizim influenserlərin əksəriyyəti özlərini başqalarına oxşadaraq kontent kopyalayırlar. Halbuki kontent yaradan, səmimi və individual olan influenserlər də var və mən onları sevə-sevə izləyirəm”.
Referans Media xəbər verir ki, bunu müğənni Nura Suri deyib.
“Dünən UFC-ə dəvət alanların əksəriyyəti bu gün demək olar ki, eyni tipli paylaşımlar edib. Bir-birindən fərqlənməyən kontent həm maraqsız, həm də bəsit görünür.
Xarici blogger və influenserlərə baxıb onları kopyalamağa çalışırsınızsa, vallah, alınmır. Biz onlar kimi deyilik. Onların həyat tərzi də, düşüncə tərzi də fərqlidir”, – deyə o bildirib.
İfaçı qeyd edib ki, ən önəmlisi individuallıqdır:
“İnsan məhz öz üslubu ilə yadda qalır, başqasının təkrarı olmaqla yox”./globalinfo.az
