Dünya bu dəhşətli cinayətdən danışır: 17 yaşlı qızı.. - VİDEO

Taylandda dəhşətli cinayət hadisəsi baş verib.

Referans Media xəbər verir ki, 46 yaşlı Avstraliya vətəndaşının çamadanından 17 yaşlı qızın meyiti tapılıb. O, yeniyetməni qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

"Kişi 26 iyun, axşam saatlarında Banqkokdakı Suvarnabhumi hava limanında Pertə uçmağa hazırlaşarkən saxlanılıb. Onun uçuşundan bir neçə saat əvvəl isə Pattayadakı dəmir yolu relslərinin yaxınlığında içində cəsəd olan çamadan tapılıb. Cəsədin üzərində zorakılıq əlamətləri olub. Müstəntiqlərin sözlərinə görə, cümə axşamı səhər tezdən avstraliyalı taylandlı qızla birlikdə bir mənzilə gedib və bir neçə saat sonra böyük bir çamadanla binadan çıxıb. Kişi çemodanı motosikletə yükləyib və oradan uzaqlaşıb. Polis hələlik xarici vətəndaşa qarşı yekun ittiham irəli sürməyib, lakin onu həbs edib. Avstraliya hakimiyyəti saxlanılan şəxsə konsulluq yardımı göstərdiklərini təsdiqləyib",- məqalədə yazılıb.

Avstraliyalının bu amansız cinayəti dünya mediasında geniş müzakirələrə səbəb olub./publika


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki