İran bu ölkəyə raket zərbəsi endirdi: yaşayış binası zədələndi

Bəhreynin Mühərrək vilayətində İranın endirdiyi raket zərbəsi nəticəsində yaşayış binasına ziyan dəyib.

Referans Media xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum zamanı mülki yaşayış binası zədələnsə də, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Nazirlikdən verilən məlumata görə, təhlükəsizlik və aidiyyəti qurumlar hadisə yerində araşdırmalar aparır, dəyən ziyanın həcmi müəyyənləşdirilir.

İran tərəfi isə açıqlamasında hücumların əsas hədəfinin Küveytdə yerləşən Əli əl-Salem aviabazası və Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının yerləşdiyi Salman limanı olduğunu bildirib./globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki