Dolların məzənnəsi 1.99 AZN oldu? – Google məzənnəni “bahalaşdırdı”backend

Dolların məzənnəsi 1.99 AZN oldu? – Google məzənnəni “bahalaşdırdı”

“Ötən
gün “Google” tərəfindən verilən avronun 2 manat 50 qəpik olması məlumatı özünü
doğrultmadı. Hazırda avronun dollara olan məzənnəsi 1 manat 99 qəpikdir”.

 

Bu
sözləri Referans-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.

 

 

“Dünəndən
bugünə olan statistika göstərir ki, avro manat qarşısında dəyər itirib. Dünən
yayılan kəskin artım informasiyası özünü təsdiqləmədi. Bu ya dezinformasiya ya
da “Google”-un texniki səhvi ola bilər. Amma bu səhv böyük ajiotaj yaratdı”.

 

Ekspert
qeyd edib ki, əgər avro, həqiqətən də, kəskin bahalaşma performansı edərsə, bu,
Avrozonadan idxal olunan məhsulların bahalaşmasına səbəb ola bilər.

 

“Ölkədə
manatın dollara olan məzənnəsini Azərbaycan hökümətinin qərarı ilə tənzimlənir.
Buna görə də manat üçün də ciddi təhdid yoxdur və avronun bahalaşması da Azərbaycanda
dolların qiymətinə təsir göstərmir. Hətta dollar özü də Avropada dəyər itirdikdə
bu Azərbaycanda onun qiymətinə təsir etmir. Çünki hökümət hesablanmış qaydada
Neft Fondundan götürülən dolları hərraca çıxarmaqla manatı tənzimləyir. Hətta
manat ilə dolların özünündəyər itirməsi Azərbaycanda hiss olunmur və sabitlik
qorunub saxlanılır. Mən bu siyasəti təsdir etmirəm amma bu gün vəziyyət belədir.
Azərbaycanda neftin qiyməti baha olduğuna görə hökümətin manatı sabit saxlamaq
imkanları da mövcuddur”.

 

Akif
Nəsirli son olaraq qeyd edib ki, yaxın zamanda manatın dəyər itirməsi, ümumiyyətlə,
gözlənilmir.

 

Fidan
Vəlisoy


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki