“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT

Sumqayıt sakinləri şəhərdə fəaliyyət göstərən 7A və 7 nömrəli marşrut avtobuslarının sürücülərinin davranışlarından şikayət edirlər.

Referans Media-ın məlumatına görə, Lent.az-a müraciət edən sərnişinlər bildirirlər ki, bu marşrut avtobuslarının sürücüləri etik normaları ciddi şəkildə pozurlar.

“Avtobusu yük maşını kimi idarə edirlər. Qəfil əyləcə basır, sərt manevrlər edir, sükan arxasında yüksək səslə telefonla danışır, siqaret çəkir, hətta vulqar ifadələr səsləndirirlər.

Dayanacaqda düşmək istəyəndə sərnişinləri tələsdirirlər. Dayanacaqda gözləyən olmayanda saxlamır, enmək istəyənlər etiraz edəndə isə sərt reaksiya verirlər. Yaşlı adamlar bir qədər gec hərəkət edəndə sürücülər əsəbiləşib, qapını üzünə bağlayır. Neçə vaxtdır eyni problemlə üz-üzəyik. Artıq heç kim bu marşrut avtobuslarına minmək istəmir” – deyə, sərnişinlər qeyd edib.  

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə üvanladığımız sorğuya cavab olaraq bildirildi ki, sürücülərin davranışları ilə bağlı tədbirlər görülür:

Sumqayıt şəhər İcra Hakimiyyəti (@Sumqayitshih) • Facebook

“Sumqayıt şəhərində fəaliyyət göstərən marşurut avtobuslarının sürücülərinin davranışı və sərnişindaşıma qaydalarına riayət etməsi ilə bağlı sakinlər tərəfindən daxil olan müraciətlər diqqətə alınır.

Şəhərdaxili sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, sərnişinlərin təhlükəsizliyinin təmin olunması və sürücülər tərəfindən etik davranış qaydalarına əməl edilməsi daim diqqət mərkəzində saxlanılır.

Bu istiqamətdə mütəmadi olaraq monitorinqlər keçirilir, marşrut xətlərində xidmət göstərən avtobusların fəaliyyəti və sürücülərin davranış qaydalarına riayət etməsi yoxlanılır. Eyni zamanda, sürücülərlə maarifləndirici söhbətlər aparılır, yol hərəkəti və sərnişindaşıma qaydalarına, eləcə də etik davranış normalarına ciddi əməl olunmasının vacibliyi diqqətə çatdırılır.

Qeyd olunan halların qarşısının alınması və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə aidiyyəti qurumlarla birgə nəzarət tədbirləri davam etdiriləcək, daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılacaqdır”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki